Dəniz nəqliyyatında yeni çağırışlar – FOTO

486

Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Təhlükəsiz keçid 2026” forumu işə başlayıb.

Denizxeber.az bildirir ki, forumda dəniz təhlükəsizliyi, müasir dəniz idarəçiliyi, rəqəmsallaşma dövründə insan amili, gəmilərin təmiri və risklərin idarə olunması, donanmanın gələcəyi, dəniz nəqliyyatının karbonsuzlaşdırılması, eləcə də dəniz sığortası məsələləri müzakirə olunur.

“Müasir dəniz idarəçiliyi vasitəsilə təhlükəsiz naviqasiyanın təmin edilməsi”, “Rəqəmsallaşma dövründə insan amili”, “Dəniz sığortası: Yüklərin, gəmilərin və ekipajın qorunması” və digər mövzular ətrafında panel müzakirələrin keçiriləcəyi forum iki gün davam edəcək.