Beynəlxalq tərəfdaşlıq

58

Azərbaycan dənizçilik sənayesi sahəsində həm digər ölkələr, həm də özəl şirkətlər üçün çox yaxşı əməkdaşlıq nümunəsi göstərir.

Denizxeber.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Panama Dəniz Administrasiyasının nümayəndəsi Ricaurte Chacon deyib.

“Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də dənizçilik sektorunda ölkələrimiz və şirkətlərimiz arasında çox yaxşı əməkdaşlıq imkanlarının olduğunu müşahidə edirik. Birlikdə işləməkdən məmnunuq və hesab edirik ki, qarşılıqlı əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq və dənizçilik sektorunun inkişafına mühüm töhfə verəcək”, – deyə Panama Dəniz Administrasiyasının nümayəndəsi vurğulayıb.