Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə dünyasını dəyişib.
Denizxeber.az bildirir ki, sənətkarın vəfat etmə səbəbi haqqında hələlik ətraflı məlumat verilməyib.
Tofiq Mirzəyev Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olan “Uşaqlığın son gecəsi“, “Nəsimi“, “İstintaq“, “Təhminə“, “O qızı tapın” və digər məşhur filmlərdə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.
Xatırladaq ki, sənətkar milli kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına və “Şöhrət” ordeninə layiq görülmüşdü.





