Ukrayna Xəzər dənizində yerləşən Rusiya gəmilərinə və neft infrastrukturlarına uzaq məsafədən dron zərbələri endirib.
Denizxeber.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hədəf alınan gəmilərin İrandan hərbi yüklərin daşınmasında iştirak etdiyini bildirib.
Ukrayna Təhlükəsizlik Xidməti Xəzər dənizində Filanovski yatağının neftçıxarma platformasının, sanksiya altında olan “Port Olya 2” və “Begey” quru yük gəmilərinin, həmçinin “Molniya” layihəli raket katerinin vurulduğunu təsdiqləyib.
Zelenski həmçinin sərhəddən 1200 kilometr məsafədə yerləşən Kirov şəhərindəki hərbi müəssisəyə, Tümen neft emalı zavoduna və Rostovdakı hərbi obyektlərə də zərbələr endirildiyini qeyd edib. Unudulmamalıdır ki, bu hücumlar Rusiyanın Ukrayna limanlarına etdiyi zərbələrə cavab olaraq həyata keçirilib.





