Gərginlik Xəzərə sıçrayır

129

Ukrayna Xəzər dənizində İran ticarət gəmisinə hücum edib, nəticədə heyət üzvlərindən biri həlak olub, daha ikisi xəsarət alıb.

Denizxeber.az bildirir ki, Rəsmi Tehran hücumu kəskin şəkildə pisləyib və onu mülki gəmiyə endirilən zərbə adlandırıb. İran XİN-də baş verənlərə cavabın gündəmdə qaldığını vurğulayıblar.

Ukrayna ordusunun Xəzər dənizində İran ticarət gəmisinə hücumundan sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.