1944-cü il iyunun 6-da müttəfiq qoşunlarının hitlerçi nasist qüvvələrinə qarşı mübarizə aparmaq və Fransanı azad etmək məqsədilə desant çıxardığı Normandiya sahilləri UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb.
Denizxeber.az-ın BMT-yə istinadən verdiyi məlumata görə, UNESCO Normandiya çimərliklərini 1944-cü il hadisələri və bu tarixi yaddaşın bu günə qədər qorunub saxlanması baxımından müstəsna mədəni landşaft kimi qiymətləndirib və əraziyə qorunan mədəni irs obyekti statusu verib.
İkinci Dünya müharibəsinin gedişatında əsas dönüş nöqtələrindən biri hesab olunan “D-Day” əməliyyatı çərçivəsində ABŞ, Böyük Britaniya, Kanada və digər müttəfiq ölkələrin ümumilikdə 156 115 hərbçisi dəniz yolu ilə “Yuta”, “Omaha”, “Qold”, “Cuno” və “Sord” çimərliklərinə çıxıb, yaxud havadan desant olunub.
Müttəfiq qoşunlarının tarixi desant əməliyyatının reallaşdığı bu sahillər hər il dünya liderlərinin iştirakı ilə keçirilən beynəlxalq anım mərasimlərinə ev sahibliyi edir.





