Norveç sularında kimyəvi tanker yanğına məruz qalıb

66

Norveç sahillərində kükürd turşusu daşıyan tankerdə partlayış və ardınca yanğın baş verib.

Denizxeber.az-ın Norveçin NRK telekanalına istinadən verdiyi məlumata görə, uzunluğu 120 metr olan gəmidəki hadisə barədə yerli hüquq-mühafizə orqanlarına saat 15:30-da (Bakı vaxtı ilə 17:30) məlumat daxil olub.

İlkin ehtimallara əsasən, partlayış tankerin boş çənlərindən birində meydana gəlib və gəminin daşıdığı əsas yükə ziyan dəyməyib. Yerli polisin açıqlamasına görə, yanğın saat 17:50 radələrində tam söndürülüb. Hadisə zamanı gəmidə olan 15 nəfərlik ekipaj üzvlərindən xəsarət alan olmayıb.