Hər il iyulun 29-da dünya ictimaiyyəti Beynəlxalq Pələng Gününü qeyd edir.
Denizxeber.az bildirir ki, bu əlamətdar tarix 2010-cu ildə Sankt-Peterburqda pələnglərin populyasiyasının qorunmasına həsr olunmuş “Pələng Sammiti” adlı beynəlxalq forumda təsis edilib. Təşəbbüskar kimi pələnglərin təbii mühitdə məskunlaşdığı 13 dövlət çıxış edib. Sammit çərçivəsində pələnglərin sayının iki dəfə artırılmasını hədəfləyən 2010–2022-ci illər üzrə bərpa proqramı qəbul olunub.
Pələng Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) “Qırmızı Siyahısı”na daxil edilib və qlobal miqyasda qorunan növlər sırasındadır. Bu nadir yırtıcıların ovlanmasına hələ 1947-ci ildən tam qadağa qoyulub, 1955-ci ildən isə pələng balalarının tutulması qadağan edilərək sərt hüquqi məhdudiyyətlər tətbiq olunub.





