Strateji su yolunda insident

56

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən üç neft tankerinin saxlanıldığını elan edib.

Denizxeber.az bildirir ki, bu barədə İran dövlət televiziyası SEPAH-ın rəsmi açıqlamasına istinadla xəbər verib.

Məlumatda bildirilir ki, hərbçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq təhlükəli və qanunsuz marşrutla hərəkət etməyə çalışan gəmilər saxlanılaraq nəzarətə götürülüb. Hadisənin digər detalları barədə hələlik əlavə təfərrüat açıqlanmayıb.