Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Əl Səud arasında telefon danışığı baş tutub.
Denizxeber.az “Əl-Cəzirə”yə istinadla verdiyi məlumata görə, müzakirələr regional gərginlik, xüsusilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı mövcud vəziyyət ətrafında aparılıb.
Danışıqlar zamanı Yəməndəki husi üsyançılarının iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi, Hörmüz boğazının bağlanmasından sonra Qırmızı dənizə yönəldilən neft daşınmalarını aksatması və bunun doğurduğu fəsadlar diqqət mərkəzində olub. Həmçinin husilərin Bab əl-Məndəb boğazından keçən gəmilərə rüsum tətbiq etmək ehtimalları və regionun dəniz təhlükəsizliyinə yaradılan risklər dəyərləndirilib.





