Yunanıstanın gəmi sahibi “W Marine” Çində üç ədəd 64 500 DWT yükqaldırma qabiliyyətinə malik “Ultramax” tipli quru yük gəmisinin tikintisi üçün sifariş verərək yeni gəmiqayırma proqramını genişləndirib.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, şirkətin “Jiangsu Dajin Heavy Industry” tərsanəsində DJHC6601, DJHC6602 və DJHC6603 gövdə nömrəli gəmiləri sifariş etdiyi bildirilir. Gəmilərin müvafiq olaraq 2028-ci ilin may, avqust və noyabr aylarında təhvil verilməsi planlaşdırılır.
Sifarişin maliyyə dəyəri açıqlanmayıb.
Bu sifarişlə “W Marine”nin yeni tikilən gəmilər üzrə portfeli beş gəmiyə çatıb. Şirkət bundan əlavə, 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulan 1 800 TEU tutumlu iki fider konteyner gəmisini də “Huanghai Shipbuilding” tərsanəsində inşa etdirir.





