Dəniz sərhədlərində nəzarət

104

Cari ilin iyul ayı ərzində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən Xəzər dənizinin akvatoriyasında 34 brakonyerlik cəhdinin qarşısı uğurla alınıb.

Denizxeber.az bildirir ki, dənizdə keçirilən mühafizə və reyd tədbirləri zamanı qanunsuz balıq ovlayan şəxslərdən ümumilikdə 24,6 kilometr uzunluğunda qanunsuz avadanlıq və torlar müsadirə edilib.

Əməliyyatlar nəticəsində brakonyerlərdən ümumi çəkisi 580 kiloqram olan 103 ədəd qiymətli nərə balığı da götürülüb.

Dəniz bioresurslarına vurulması planlaşdırılan və qarşısı alınan maddi ziyanın məbləğinin 251 milyon tenqedən (təxminən 530 000 ABŞ dolları) çox olduğu bildirilir. Xəzərdə biomüxtəlifliyin korlanmasının və qanunsuz ovun qarşısının alınması üçün dəniz sərhəd mühafizə xidməti tərəfindən patrul nəzarəti aramsız davam etdirilir.