Xəzərdə strateji layihə

123

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda layihəni irəli aparacaq ən optimal variantın müəyyənləşdirilməsi məqsədilə yatağın əlavə qiymətləndirilməsi həyata keçirilir.

Denizxeber.az bildirir ki, bu məqsədlə hazırda Aşağı Suraxanı layına yeni kəşfiyyat-qiymətləndirmə quyusunun qazılması da daxil olmaqla gələcək dəniz əməliyyatlarının planlaşdırılması üzrə işlər davam etdirilir.

Dənizdə qazma və tədqiqat fəaliyyətlərinə şərait yaratmaq üçün 2025-ci ilin iyun ayında “Şəfəq-Asiman” Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) kəşfiyyat dövrünün müddəti rəsmən uzadılıb. bp şirkəti saziş çərçivəsində dəniz operatoru statusunu saxlayır.

“Şəfəq-Asiman” HPBS üzrə iştirak paylarının bölgüsü:

  • bp (Operator): 35%
  • SOCAR: 35%
  • TPAO (Türkiyə): 30% (2025-ci ilin iyun ayında HPBS-yə rəsmən qoşulub)