Dəniz müharibəsinin yeni mərhələsi – FOTO

77

Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus ekipajsız katerlər Yalta şəhərinə hücum edib.

Denizxeber.az bildirir ki, yerli idarəetmə orqanları Krımdakı kurort şəhərinin mərkəzi sahilində təxliyə prosesinin başladığını elan ediblər.

Sakinlərə açıq məkanlardan uzaqlaşmaq və sığınacaqlarda yerləşmək tövsiyə olunub.

İlkin məlumatlara görə, Ukrayna tərəfi şəhəri “Sea baby 2” modifikasiyalı ekipajsız katerlərlə hədəfə almağa cəhd göstərib.

Vurulan su nəqliyyatı vasitəsi zərərsizləşdirilərək Primorsk parkı ərazisindəki sahil zolağına atılıb.

Hazırda sahilə çıxarılan pilotsuz katerin minalardan təmizlənməsi istiqamətində müvafiq işlərə başlanıldığı qeyd olunur.