Planetimizin ən əzəmətli yırtıcılarının qorunması diqqət mərkəzindədir

72

Hər il avqustun 10-da dünyada şirlərin sayının kəskin azalmasına, təbii yaşayış mühitlərinin itirilməsinə və bu heyvanların qorunması zərurətinə diqqət çəkmək məqsədilə Ümumdünya Şirlər Günü qeyd edilir.

Denizxeber.az bildirir ki, Oksford Universitetinin tədqiqatçılarının məlumatına görə, Afrika şirlərinin sayı son 50 il ərzində təxminən 75 faiz azalıb. 2022-ci ildə dərc olunmuş araşdırmaya əsasən, 1970-ci illərdə Afrikada şir populyasiyası təxminən 92 min fərd təşkil etdiyi halda, hazırda bu göstərici kəskin şəkildə düşüb.

Oksford Universiteti mütəxəssislərinin hesablamalarına görə, şirlərin tarixi yaşayış ərazilərinin 92 faizi artıq yoxa çıxıb. Populyasiyanın azalmasına əsasən təbii arealın daralması, insan və vəhşi təbiət arasındakı münaqişələr və qanunsuz ov (brakonyerlik) təsir göstərir. Ümumdünya Şirlər Günü bu növün nəslinin kəsilməsinin qarşısını almaq üçün beynəlxalq miqyasda geniş yayılan ekoloji maarifləndirmə hərəkatına çevrilib.