Sektorlar üzrə yüksəliş

78

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətləri üzrə məhsul istehsalının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artaraq 9 milyard 206,6 milyon manat, informasiya və rabitə xidmətləri üzrə məhsul istehsalının dəyəri isə 10,4 faiz artaraq 2 milyard 378,6 milyon manat olub.

Denizxeber.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.