CVN-72 gəmisindəki mövcud gərginliklə bağlı ən son məlumatlar – YENİLƏNİB

112

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper may ayında ABŞ-yə qayıtmalı olan “USS Abraham Lincoln” aviadaşıyan gəmisinin heyətinin yorulduğunu bildirib.

Denizxeber.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, admiral bunu aviadaşıyan gəmiyə səfərindən sonra yazdığı məqalədə qeyd edib.

“Heyət yorulub, lakin tam gücü ilə işləməyə davam edir”, – deyə admiral bildirib.

Kuper daha əvvəl mediada işıqlandırılan problemlərin artıq həll edildiyini iddia edib.

“Son xəbərlərdə əməliyyat fəaliyyətinin tempi, heyətin mənəvi vəziyyəti və hərbçilərimizin qarşılaşdığı reallıqlarla bağlı müxtəlif fikirlər yer alırdı. “Lincoln”da mən bu hekayələrin bir çox aspektinin artıq keçmişdə qaldığını müəyyən etdim”, – deyə Kuper yazıb.

Onun sözlərinə görə, bir neçə ay əvvəl gündəmə gətirilən ərzaq, isti su və digər problemlər rəhbərlik tərəfindən nəzərdən keçirilib və həll olunub.