Somali sahillərində Komor adalarının bayrağı altında hərəkət edən yük gəmisi silahlı şəxslərin hücumuna məruz qalaraq ələ keçirilib.
Denizxeber.az bildirir ki, hadisə barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniyanın “Ambrey” şirkəti rəsmi açıqlama yayıb.
Hadisə Somalinin Eyl şəhərindən 25 dəniz mili şimal-şərq məsafədə baş verib. Səkkiz nəfərdən ibarət silahlı dəstə gəmiyə tullanaraq nəzarəti tamamilə ələ keçirib. Yük gəmisi Türkiyənin Tekirdağ limanından yola düşərək Tanzaniyanın Dar əs-Salam şəhərinə doğru istiqamət alıbmış.
“Ambrey” xidmətinin məlumatına əsasən, gəminin avtomatik identifikasiya sistemi (AIS) sonuncu dəfə Bakı vaxtı ilə saat 14:31-də siqnal ötürüb. Həmin vaxt gəmi Somali sahil xətti boyunca şimal-qərb istiqamətində hərəkətdə olub.





