ABŞ Silahlı Qüvvələri İran hakimiyyəti ilə hər hansı razılaşma olmadan Hörmüz boğazı vasitəsilə milyonlarla barel neftin gizli daşınmasını təşkil edib.
Denizxeber.az bildirir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən xəbər dərc edib.
Mənbələrin bildirdiyinə görə, hər gün 15–20 tanker Hörmüz boğazının Oman sahili boyunca yerləşən cənub kanalından keçir. Bu vasitəsilə Yaxın Şərqdən gündəlik təxminən 10 milyon barel neft ixrac olunur ki, bu da müharibədən əvvəlki həcmin yarıya qədərini təşkil edir.
Əməliyyat ABŞ Silahlı Qüvvələrinin koordinatorlar qrupu tərəfindən Vaşinqtonun regional tərəfdaşları ilə əlaqəli şəkildə idarə olunur. Hər gecə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının havadan müşayiəti altında tankerlər müəyyən edilmiş siyahı üzrə hərəkət edərək neftin yüklənməsi və boşaldılmasını həyata keçirirlər.
Əməliyyatdan məlumatlı olan mənbə bildirib ki, ABŞ artıq iki aydır Hörmüzün cənub hissəsinə tam nəzarət edir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müəyyən maneələr yaratmağa cəhd etsə də, boğazda hərəkət marşrutunu faktiki olaraq ABŞ qüvvələri tənzimləyir.





