Azərbaycanın peşəkar kanoeçisi növbəti mühüm sınağa hazırlaşır

202

26-30 avqust tarixlərində Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Çempionatı keçiriləcək.

Denizxeber.az bildirir ki, Azərbaycan Su İdman Növləri Federasiyası yarışda Tatyana Smilovenko ilə təmsil olunacaq. Komandaya kanoe üzrə yığmanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.

Xatırladaq ki, Tatyana iyulda Macarıstanın Seqed şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

#ASİNF #avarçəkmə #kanoe #kayak #rowing Gənclər və İdman Nazirliyi National Olympic Committee @canoe.europe Everything canoe, kayak, and SUP World Rowing Adıyla və dadıyla!