Hörmüz boğazından 40 tanker keçdi

65

ABŞ rəsmiləri hesab edirlər ki, avqustun 21-i axşam Hörmüz boğazından hər iki istiqamətdə təxminən 40 neft tankeri keçib.

Denizxeber.az bildirir ki, bu barədə “Axios” portalının müxbiri və İsrailin 12-ci Kanalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun ABŞ rəsmiləri arasındakı mənbələrinin sözlərinə görə, avqustun 21-i axşam təxminən 40 tanker Hörmüz boğazından hər iki istiqamətdə cənubdakı dərin su kanalından keçib.

Məlumata əsasən, həmin tankerlərlə boğazdan təxminən 16 milyon barel neft daşınıb.