Su İdman Növləri Federasiyası SUP (ayaqüstü avarlı lövhə) üzrə turnir keçirib
Denizxeber.az bildirir ki, Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “Windsurfing Baku” klubunun birgə təşkilatçılığı ilə “Baku SUP Turniri” keçirilib. Bakı şəhərində, Şıxov çimərliyində, Veloparkla üzbəüz ərazidə təşkil olunan yarış kişilər, qadınlar və uşaqlar olmaqla, üç kateqoriya üzrə keçirilib.
Maraqlı və əyləncəli mübarizə şəraitində keçən yarışda qaliblər diplom və medallarla mükafatlandırılıb. Həmçinin onlara SUP və kayak üzrə bir günlük dərslərdə ödənişsiz iştirak etmək şansı verilib.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd gənclər arasında SUP idman növünün daha geniş təbliğ olunması, bu sahəyə marağın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.
Yarışın texniki nəticələri:
Kişilər
I – Tair Salixov
II – Nail Ramazanov
III – Fərid Vəzirov
Qadınlar
I – Əsmər Qasımova
II – Gülzar Nəcəfli
III – Cəmilə Quliyeva
Uşaqlar
I – Mikayıl Məmmədzadə
II – Kamal Bəşirli
III – Nurlan Ağazadə
#ASİNF#SUP#Suİdmanı#AçıqHavadaİdman#SağlamHəyatAdıyla və dadıyla!Bakı Şəhər Gənclər və İdman İdarəsiWindsurfing Baku

















