“Ehram Xaliqov” yedək gəmisi təmir üçün Bakı Gəmiqayırma Zavoduna çıxarılıb

205

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus “Ehram Xaliqov” yedək gəmisi növbəti təmir və texniki xidmət işlərinin aparılması məqsədilə Bakı Gəmiqayırma Zavodunun quru sahəsinə çıxarılıb.

Gəmidə planlı təmir işləri ilə yanaşı, müvafiq texniki baxış və xidmət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, gəmi təmiri və texniki xidmət işlərinin müasir standartlara uyğun həyata keçirilməsi gəmilərin istismar təhlükəsizliyinin və etibarlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

#BakıGəmiqayırmaZavodu #shiprepair