Türkiyə gəmisi azad edildi

126

Somali sahillərində quldurlar tərəfindən zəbt edilən və Türkiyəyə aid hərbi yük taşıdığı bildirilən Kamerun bayraqlı “MV Lutuf” gəmisi Türkiyə və Somali hərbi qüvvələrinin birgə əməliyyatı nəticəsində xilas edilib.

Denizxeber.az bildirir ki, əməliyyatla bağlı rəsmi açıqlama Türkiyə Sənaye və Texnologiya Nazirliyinin rəsmi “X” hesabında yayılıb.

Avqustun 17-də Nugaal bölgəsinin sahillərində 8 silahlı quldur gəmiyə basqın edərək onu nəzarətə götürmüşdü. Gəminin göyərtəsində 1 türkiyəli, 6 hindistanlı, 1 gürcüstanlı dənizçi və 2 təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 10 nəfərlik mürettəbat olub. Somali Müdafiə Nazirliyinin məlumatına görə, keçirilən birgə əməliyyat zamanı quldurlara aid 4 gəmi məhv edilib, 14 quldur zərərsizləşdirilib. Təzyiqə tab gətirməyən digər quldurlar gəmini tərk ediblər. Uğurlu xilasetmə əməliyyatı Türkiyə ilə Somali arasında bağlanmış ikitərəfli müdafiə əməkdaşlığı sazişi çərçivəsində reallaşdırılıb.

Hazırda “MV Lutuf” gəmisi təhlükəsiz şəraitdə marşrutu üzrə hərəkətini davam etdirir.