Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhəri açıqlarında 260 nəfər sərnişinin olduğu gəmi qəzaya uğrayaraq batıb.
Denizxeber.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, dəniz qəzası sahildən təxminən 4 mil (6.44 kilometr) məsafədə baş verib.
Hadisə yerinə dərhal Sahil Mühafizə xidmətinin katerləri və xilasedici helikopterlər cəlb olunub. Qəzanın başvermə səbəbləri, eləcə də sərnişinlərin vəziyyəti barədə hələlik rəsmi əlavə məlumat verilməyib. Bölgədə genişmiqyaslı axtarış-xilasetmə tədbirləri davam etdirilir.





