İtkinlərin sayı 20-yə çatdı

47

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhəri açıqlarında avqustun 30-da batmış sərnişin gəmisi ilə bağlı son fəsadlar açıqlanıb. Türkiyə və ŞKTR xilasetmə qüvvələrinin dənizdə apardığı fasiləsiz əməliyyatlar nəticəsində gəmidəki 260 nəfərdən 239-u xilas edilib.

Denizxeber.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə ŞKTR-nin Baş naziri Ünal Üstel avqustun 31-də keçirdiyi brifinqdə bildirib.

Axtarış-xilasetmə qruplarının operativ müdaxiləsi sayəsində 239 sərnişin dənizdən sağ çıxarılaraq xəstəxanalara yerləşdirilib. Qəza nəticəsində 8 nəfərin həlak olduğu rəsmən təsdiqlənib. İndiyədək 20 nəfərin axtarışları davam etdirilir. İtkin düşənlərdən 18-i Türkiyə, 2-si isə ŞKTR vətəndaşıdır. Hadisə rayonunda axtarış-xilasetmə işləri Türkiyə Sahil Mühafizəsi və hərbi aviasiyasının dəstəyi ilə kəsintisiz olaraq sürdürülür.