“Kölgə donanması”na aid daha bir gəmini ələ keçirib

51

Avropa İttifaqının dəniz qüvvələri Rusiya ilə əlaqəli olduğu iddia edilən və saxta bayraq altında üzən “kölgə donanması”na qarşı əməliyyatları genişləndirir. Aralıq dənizində keçirilən son əməliyyat zamanı daha bir neft tankeri saxlanılaraq yoxlanılıb.

Denizxeber.az bildirir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Avqustun 30-da Aralıq dənizində Aİ-nin “IRINI” dəniz əməliyyat qüvvələri tərəfindən “MV SUN” neft tankerinin göyərtəsinə baxış keçirilib. Gəminin beynəlxalq dəniz hüququ qaydalarını pozaraq saxta bayraq altında üzdüyü ehtimal edilir. Yoxlama bayrağın həqiqiliyini dəqiqləşdirmək məqsədilə aparılıb.

“MV SUN” son aylarda Aİ qüvvələri tərəfindən saxlanılaraq yoxlanılan “kölgə donanması”na aid altıncı gəmidir. Sankasiyalardan yayınan dəniz nəqliyyatı vasitələrinə qarşı mübarizə məsələsi sentyabrın 1-də İrlandiyada keçiriləcək Aİ müdafiə nazirlərinin sammitində geniş müzakirə olunacaq.