İranın “M/T Kylo” neft tankeri ABŞ tərəfindən endirilən raket zərbəsindən sonra Oman körfəzində batıb.
Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un açıqlamasında tankerin ABŞ hərbçiləri tərəfindən həyata keçirilən zərbələr nəticəsində batdığı bildirilib.
“ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsində bu gün Oman körfəzində “Kylo” tankeri batıb və İran Hərbi Dəniz Qüvvələrinin sıralarını dənizin dibində tamamlayıb”, – deyə açıqlamada qeyd olunub.
Yayılan görüntülərə əsasən, hücum zamanı tankerin gövdəsinə ən azı dörd raket dəyib. Zərbələrdən sonra gəmidə güclü yanğın başlayıb.
Daha sonra tanker yan üstə çevrilərək dənizə qərq olub.
Hadisə ABŞ və İran arasında regionda artan hərbi qarşıdurma fonunda baş verib.





