Strateji güc nümayişi

89

Britaniya, ABŞ və Norveç Arktikada birgə hərbi təlim keçirib

Böyük Britaniya, ABŞ və Norveç silahlı qüvvələri NATO-nun “Arktik keşikçi” missiyası çərçivəsində Norveçə məxsus Yan Mayen adasında birgə hərbi təlimlər keçirib.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniya hərbçiləri Norveç və ABŞ-dan olan müttəfiqləri ilə birlikdə Arktikada yerləşən ucqar Yan Mayen adasına cəlb olunub. Üçtərəfli fəaliyyət “Arktik keşikçi” proqramının tərkib hissəsi olub.

Təlimlər “Atlantic City” əməliyyatı çərçivəsində avqustun 26-dan sentyabrın 4-dək keçirilib.

Təlimlər zamanı üç ölkənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlıları və dəniz piyadaları regionda birgə fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə müxtəlif sensor və kommunikasiya sistemlərindən istifadə edib.

Birgə təlimlərin əsas məqsədi müttəfiq qüvvələrin Arktikanın mürəkkəb iqlim və coğrafi şəraitində qarşılıqlı fəaliyyət və əməliyyat imkanlarının artırılması olub.