Türkiyədən olan nümayəndə heyəti Bakı Gəmiqayırma Zavodunda olub – FOTO

52

Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Türkiyədən olan nümayəndə heyəti Bakı Gəmiqayırma Zavodunda səfərdə olub.

Denizxeber.az bildirir ki, səfər zamanı qonaqlar Zavodun istehsalat və tədris infrastrukturu, peşə hazırlığı proqramları və bu istiqamətdə görülən işlərlə tanış olublar.

Görüş çərçivəsində peşə hazırlığı kurslarını uğurla başa vuraraq hazırda Zavodda çalışan əməkdaşlarla fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlıq perspektivləri, beynəlxalq təcrübənin tətbiqi və peşəkar bacarıqların beynəlxalq səviyyədə tanınması imkanları müzakirə edilib.

Səfər peşəkar kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından faydalı olub.

#BakıGəmiqayırmaZavodu