Oman sahillərində iki gəmiyə hücum edilib, onlardan birində yanğın baş verib.
Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xasab şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmiyə naməlum mərmilərlə zərbə endirilib. Gəmilərdən birində yanğın baş verib. Digər gəminin vəziyyəti barədə məlumat verilmir.





