Şimali Koreya Yapon dənizi istiqamətinə naməlum mərmi buraxıb.
Denizxeber.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi Silahlı Qüvvələrinn Baş Qərargahına istinadən məlumat yayıb.
Qeyd olunub ki, mərminin növünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Şimali Koreya sonuncu dəfə avqustun 20-də Yapon dənizi istiqamətində təxminən 10 raket buraxmışdı.





