Yəməndə husilər Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasına nəzarəti ələ keçiriblər.
Denizxeber.az bildirir ki, bu barədə CNN Yəmən hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Perim adasına nəzarətin ələ keçirilməsi husilərə dünyanın mühüm beynəlxalq gəmiçilik marşrutlarından birinə nəzarət imkanını genişləndirə bilər.
Bab əl-Məndəb boğazından hər gün böyük həcmdə yük daşınır və marşrut enerji daşımaları baxımından da strateji əhəmiyyət daşıyır.“Əl-Ərəbiyyə” telekanalı isə husilərin Yəmənin Qırmızı dəniz sahilinin Bab əl-Məndəb boğazına qədər uzanan hissəsində bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini bildirib.Husi hərəkatının sözçüsü Yəhya Səri isə açıqlamasında Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilər istisna olmaqla, Yəmən ətrafındakı gəmiçilik marşrutlarının digər gəmilər üçün açıq olduğunu bildirib.
Perim adasının Bab əl-Məndəb boğazındakı mövqeyi onun həm hərbi-strateji, həm də beynəlxalq dəniz ticarəti baxımından əhəmiyyətini artırır. Boğaz Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən əsas dəniz keçidlərindən biridir.





