“Üzməyi Öyrənək” layihəsi – VİDEO

262

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında “Üzməyi Öyrənək” layihəsində iştirak edən üzgüçülük məşqçiləri üçün təlim proqramına start verilib.

Denizxeber.az bildirir ki, Sloveniyanın tanınmış mütəxəssisi Boro Ştrumbelin iştirakı ilə keçirilən təlim proqramının ilk günündə məşqçilərə üzgüçülüyün tədrisi və məşq metodikası ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

Qeyd edək ki, beş gün davam edəcək təlim proqramında 50-yə yaxın məşqçi iştirak edir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

#ASF#AzeSwimming#SwimAze#Azesport