Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpası səylərinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
Denizxeber.az bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ço Hyon Rubi ilə görüşdə Seulun Hörmüz boğazında gəmiçilik azadlığının bərpası istiqamətində görülən səylərə əhəmiyyətli töhfə vermək niyyətində olduğunu qeyd edib.
Cənubi Koreyanın xarici işlər naziri, həmçinin ABŞ dövlət katibini bu məsələ ilə bağlı sıx əlaqə saxlamağa çağırıb.





