Qəti mövqe ortaya qoyuldu

67

İran ABŞ Tehranın irəli sürdüyü şərtləri qəbul etməyənədək Hörmüz boğazını gəmiçilik üçün açmayacağını açıqlayıb.

Denizxeber.az bildirir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.Qalibafın sözlərinə görə, İranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənə və ölkənin qanuni hüquqları tanınmayana qədər Hörmüz boğazının açılması ilə bağlı danışıqların əvvəlki şərtlərinə qayıtmaq mümkün deyil.

“Bu şərtlər yerinə yetirilməyənədək, İran xalqının qanuni hüquqları tanınmayanadək və amerikalıların öhdəlikləri icra olunmayanadək danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün zərrə qədər də imkan qalmayacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi İran hakimiyyətinin Qətər vasitəçiləri vasitəsilə ABŞ-yə müharibənin dayandırılması ilə bağlı şərtlərini təqdim etdiyini bildirmişdi. O, ABŞ Prezidenti Donald Trampın cavabının gözlənildiyini açıqlamışdı.