Xüsusi qətnamə layihəsi

49

Fransa ABŞ ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmi hərəkətinin bərpasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini hazırlamağa başlayıb.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, layihə BMT üzvlərinin kommersiya gəmilərinin təhlükəsizliyini birgə təmin etməsini, lakin İrana qarşı hücum mövqeyindən çıxış etməməsini nəzərdə tutur.

Fransa Prezidenti Emmanuel Makron da ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Hörmüz boğazından daha çox yük gəmisi və neft tankerinin keçməsinə imkan verəcək diplomatik variantların müzakirə edildiyini bildirib.

Məlumata görə, qətnamə layihəsinin yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasına təqdim olunacağı gözlənilir.