Xəzər dənizində daha əvvəl itkin düşmüş iki Qazaxıstan hərbçisinin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Denizxeber.az bildirir ki, aparılan axtarış-xilasetmə işləri zamanı sentyabrın 25-də çavuş Mansur Qumarovun və matros Miras Turdıbekulının meyitləri aşkar edilib.
Bildirilib ki, faciə təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində baş verib. Açıq dənizdə 17 hərbçini su axını aparıb.
Onlardan üçü xilas edilib, 14 hərbçi isə həlak olub.
Qazaxıstanın Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçuların ailələrinə bütün zəruri maddi və psixoloji yardımın göstəriləcəyini bildirib.





