AZCON Holding-in icraçı direktoru Şahin Babayev İslam İnkişaf Bankının İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Xalid Xalafallanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və logistika, sərnişin mobilliyi, aviasiya və rəqəmsal infrastruktur sahələrində nəzərdə tutulan investisiya layihələri diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, investisiya layihələrinin maliyyələşdirilməsi və sığortalanması, eləcə də nəqliyyat və infrastruktur sahələrində mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.





