Azərbaycan 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarını yad edir.
Denizxeber.az bildirir ki, “Haber Global” telekanalı Anım Günü ilə bağlı xüsusi süjet hazırlayıb.
Süjetdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.
Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib.
Qeyd olunub ki, şəhid ailələrinin üzvləri və çoxsaylı vətəndaşlar da Zəfər parkını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə çiçəklər qoyulub, onların ruhuna dualar oxunub.





