Sualtı kəşfiyyat aparatı ələ keçirilib

62

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus özühərəkət edən sualtı vasitənin ələ keçirildiyini açıqlayıb.

Denizxeber.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, İran tərəfi ələ keçirilən vasitənin ABŞ tərəfindən bölgədə kəşfiyyat məqsədilə istifadə edildiyini iddia edir.

İran ordusu ələ keçirilən pilotsuz dərin dəniz aparatını müasir ağıllı sualtı platformalar sinfinə aid “Remus 600” kimi müəyyən edib.

Hadisə ilə bağlı açıqlama verən SEPAH Hərbi Dəniz Qüvvələri İranın Hörmüz boğazında “icazəsiz marşrutlar boyunca” istənilən hərəkət və əməliyyatın qarşısını almaqda qərarlı olduğunu bildirib.

Qeyd olunan məlumatlar İran tərəfinin açıqlamalarına əsaslanır.