Tokayevdən diqqətçəkən açıqlama

52

Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilər dənizdə istifadə olunan xilasedici jiletlərlə təmin edilməyiblər.

Denizxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə bildirib.

“Prezident qeyd edib ki, təlimlər zamanı hərbçilər lazımi avadanlıqla, o cümlədən dənizdə istifadə olunan xilasedici jiletlərlə təmin olunmayıblar”, – deyə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilib.

Tokayevin sözlərinə görə, sülh dövründə hərbçilərin həlak olması zabitlərin, o cümlədən generalların qeyri-peşəkarlığının nəticəsi olub və bu hal mahiyyət etibarilə cinayət xarakteri daşıyır.