Strateji bəyanat

35

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Orta Dəhlizin Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantıya çevrilə biləcəyini bildirib.

Denizxeber.az bildirir ki, O, Almaniya-Qazaxıstan Biznes Forumunun açılışında çıxışı zamanı 2023-cü ildə Qazaxıstana səfəri çərçivəsində Kurık limanında olarkən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) barədə ətraflı məlumat aldığını xatırladıb.

Ştaynmayerin sözlərinə görə, marşrut Qazaxıstan, Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında strateji bağlantıya çevrilə bilər. Bunun üçün yalnız dəmir yollarının, avtomobil yollarının və limanların inkişaf etdirilməsi kifayət deyil. Dəhlizin bütün marşrutu boyunca yüksək ötürücülük qabiliyyətinə malik yükdaşıma məntəqələrinin yaradılması, gömrük prosedurlarının sürətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və etibarlı qaydaların formalaşdırılması vacibdir.

“Məhz buna görə də bu dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir. Gəlin, bunun üzərində işləməkdə davam edək”, – deyə Almaniya Prezidenti vurğulayıb.