Şimali Kiprin Girnə limanı yaxınlığında batan gəminin qəzasına gövdəyə su sızması səbəb olub.
Denizxeber.az bildirir ki, bu barədə “Kibris” qəzeti məhkəmə iclasına istinadən məlumat yayıb.
Məlumata görə, açıq qalan qapılardan gəminin bölmələrinə su daxil olub və nəticədə gəmi dayanıqlığını itirərək batıb.
Qəza zamanı gəmidə ümumilikdə 267 nəfər olub. Onlardan 239 nəfər xilas edilib, 18 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb.
Məhkəmədə, həmçinin batmış gəminin “qara qutu”sunun Türkiyəyə göndərildiyi bildirilib.





