Qazaxıstanın hərbi-siyasi rəhbərliyində kadr dəyişiklikləri

46

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib.

Denizxeber.az bildirir ki, bu barədə “Akorda” nəşri məlumat yayıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bununla bağlı bir sıra sərəncamlar imzalayıb.

Kanış Abubakirov Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifələrindən azad edilib. Almaz Cumakeyev müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. Kanat Niyazbekov isə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad olunub.

Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı 17 qazaxıstanlı hərbçini su aparıb. Onlardan üçü xilas edilib, 14 hərbçi isə həlak olub.

Bundan əvvəl bloqerlərdən biri Xəzər dənizində baş verən faciədən sonra yaralı hərbçinin görüntülərini yayıb.

Qazaxıstan Baş Prokurorluğunun daha əvvəl yaydığı məlumata görə, hərbçilərin ölümündə şübhəli bilinən şəxslər artıq müəyyən edilib.

Hadisə ilə əlaqədar sentyabrın 25-i Qazaxıstanda Ümumxalq Matəm Günü elan edilib.