Sərnişin bərəsi İstanbulda Bosfor sahilindəki tarixi malikanəyə çırpılıb.
Denizxeber.az bildirir ki, bu barədə Türkiyənin “Hurriyet” nəşri məlumat yayıb.
Bildirilib ki, heç kim xəsarət almayıb.
Nəşrin məlumatına görə, malikanə (Osmanlı imperiyasında hərbi və dini işlər üzrə ali hakim vəzifəsi – red.) Nəcməddin Əfəndi adlı şəxsə məxsus olub.
Təxminən 200 il əvvəl inşa edilən malikanə hazırda bloqer və sahibkar Derin Mermeçiyə məxsusdur. O, dəymiş ziyanın əvəzini məhkəmə yolu ilə tələb edəcəyini bildirib. Onun sözlərinə görə, malikanənin yanalma körpüsü dağılıb, uşaqları isə psixoloji travma alıblar. Təzminatın məbləği qeyd edilmir.
Qeyd olunub ki, hadisə Bosfor boğazındakı ekskursiya zamanı, bərə naməlum səbəbdən malikanəyə doğru sürüklənməyə başlayarkən baş verib. O, əvvəlcə binanın yaxınlığında yan almış yaxtaya çırpılıb.





