Hörmüz boğazında tankerlər dəniz minalarına düşərək partlayıb

40

Hörmüz boğazında bir neçə tanker dəniz minalarına düşərək partlayıb.

Denizxeber.az bildirir ki, bu barədə “Fars” xəbər agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, boğazın cənub keçidində bir neçə güclü partlayış baş verib. Tankerlərin ərazidə yerləşdirilən dəniz minaları ilə toqquşduğu bildirilir. Hadisə nəticəsində zədələnən gəmilərin dəqiq sayı, dəyən ziyan və mümkün insanitkiləri barədə hələlik rəsmi məlumat verilməyib.