ABŞ Silahlı Qüvvələri Oman körfəzində İrana qarşı tətbiq edilən dəniz blokadasını pozmağa cəhd göstərdiyi iddia olunan yük gəmisini vurub.
Denizxeber.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıklamada bildirilir ki, ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən “M/V Ocean Molica” (“Arika Sun”) ticarət gəmisinin arxa hissəsinə dəqiq idarə olunan sursatla zərbə endirərək onun mühərrik sistemini sıradan çıxarıb. İran limanından yola düşərək regional sulardan keçməyə çalışan gəminin heyət üzvləri arasında xəsarət alan olmayıb.
CENTCOM-un məlumatına görə, iyulun ortalarında İrana qarşı dəniz blokadası bərpa edildikdən sonra ABŞ qüvvələri 4 ticarət gəmisini sıradan çıxarıb, daha 135 gəminin isə istiqamətini dəyişməyə məcbur edib.





