Azərbaycan Üzgüçülük Federasiyası ilə Belarus Üzgüçülük Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Denizxeber.az bildirir ki, sənəd iki ölkə arasında üzgüçülük idmanının inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.
Sənəd həmçinin metodiki materialların və təcrübənin mübadiləsini, uşaq və gənclər arasında üzgüçülüyün təşviqini nəzərdə tutur. Memorandum iki ölkə arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmləndirilməsinə və beynəlxalq idman işbirliyinin genişlənməsinə töhfə verəcək.





