Omanın Sohar limanı yaxınlığında “MT Petro Dolphin” neft tankerinin pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalması nəticəsində Hindistandan olan iki dənizçi itkin düşüb, doqquz nəfər isə xilas edilib.
Denizxeber.az bildirir ki, bu barədə Omanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat yayıb.
Nazirin sözlərinə görə, hadisə zamanı gəmidə ümumilikdə 11 nəfər heyət üzvü olub. Hazırda Omanın Sahil Mühafizəsi Xidməti itkin düşmüş iki Hindistan vətəndaşının tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Tankerin hansı ölkənin bayrağı altında üzdüyü barədə hələlik məlumat verilməyib.





